Rus turistləri ilə türklər arasında kütləvi dava – VİDEO
Bizi izləyin

Dünya

Rus turistləri ilə türklər arasında kütləvi dava – VİDEO

Türkiyənin Qonaqlı şəhərində rusiyalı turistlərlə yerli əhali arasında insident baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, turist bazasına gələn ruslar otelin nömrələrinə gec yerləşdiriliblər. Onlar haqlı olaraq otel rəhbərliyinə irad bildirəndə turist bazasının mühafizəçilərindən biri zorakılığa əl atıb. O, ruslardan birinə zərbə vurub.

Avropalı turistlərdən fərqli olaraq, dalaşqanlığı ilə seçilən ruslar qruplaşaraq otelə hücum çəkiblər. Mühafizəçilərlə kütləvi dava düşüb. Tərəflər bir-birlərinə stul və kreslo atıblar.

Otelin giriş vestibülü dağıdılıb, şüşələr sındırılıb.

Hadisə yerinə gələn polis heç kimi saxlamayıb və tərəfləri barışmağa sövq edib. Amma otel rəhbərliyi dəyən maddi ziyanı rus turistlərinə ödətməyə çalışır.

Ruslar isə bildiriblər ki, onlardan 4 nəfəri başından yaralanıb və buna görə heç bir kompensasiya verilmir.

Hələlik turistlər nömrələrə yerləşdiriliblər. Amma turistlər çimərliyə gedə bilmirlər. Çünki mühafizəçilər qisas alacaqlarını deyiblər.

İlqar Atabəyli

Комсомольская Правда

Охрана турецкого отеля закидала русских туристов стульями, когда те потребовали сразу заселить их в номера

Охрана турецкого отеля закидала русских туристов стульями, когда те потребовали сразу заселить их в номера

4 Августа 2014 17:51

Конфликт удалось прекратить только после приезда полиции [видео]

Подробнее »

Oxumağa davam et
Reklam
Reklam

Gündəm