Dünya
İsrail Avropanı İslam təhlükəsi ilə qorxutdu
“İrlandiya İslam işğalı altına düşəcək”. Bu ölkədə fəaliyyət göstərən İsrail səfirliyi Facebook səhifəsində bu rəyi ifadə edən fotomontaj yerləşdirilib. Bundan qıcıqlanan rəsmi Dublin İsrail səfirliyinin bu hərəkətini tənqid edib.
İsrail səfirliyinin Facebook səhifəsində İrlandiyanın islamın təsiri altına düşəcək növbəti dövlət olacağı iddia olunub və Dublindəki Molly Malone heykəli süni şəkildə qara örtüyə bürünmüş formada təsvir olunub. İsrail KİV-lərinin hesabatlarında İrlandiya cari Qəzza münaqişəsində kəskin şəkildə Fələstini müdafiə etməkdə ittiham olunub.
Hazırda Paris muzeyində saxlanılan əfsanəvi Mona Lisa portretinin də niqabda verilməsi, üstəlik onun raketlərlə təsvir olunması İsrail səfirliyinin bu kimi əməlləri sırasındadır. İsrail bu kimi vasitələrlə Qərbi islamlaşma təhlükəsi ilə qorxudur və iddia edir ki, Təl-Əviv islam dünyası qarşısında mədəni dünyanı qoruyan son səddi. Bu sədd keçilsə, Avropa islamob təsiri altına düşəcək.
Dublindəki İsrail səfirliyi bütün bunlarla kifayətlənməyib. Səfirliyin Facebook səhifəsində yerləşdirdiyi digər şəkildə isə David Mikelancelo ərəb geyimində göstərilib; o, terrorçular kimi özünü partlatmağa hazır görünür və İtaliyanı hədəf alıb...
Bu barədə “Irish Sun” qəzeti məlumat yayıb. İsrail səfirliyinin sözçüsü sosial şəbəkədə bu şəkillərin təmsil etdiyi qurum tərəfindən paylaşıldığını etiraf edib.
İsrail səfirliyi Twitter-də də oxşar hərəkətlərə yol verib.
Qəzet bidirir ki, sonradan bu görüntülər səfirliyin rəsmi Facebook səhifəsindən silinib.
İsrail səfirliyinin sözçüsü deyib: "Bəli, sonra həmin rəsmlər Facebook-dan götürüldü. Ancaq nədən götürülməsi barədə bir söz deyə bilmərəm” .
İrlandiyanın rəsmi şəxsləri İsrail səfirliyinin bu hərəkətini şiddətlə qınayıblar. /musavat.com/
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək