• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Cəbhə xəbərlərimiz Tacikstanda müzakirə olundu

  • Dünya
  • 7 Avqust 2014 08:45
  • 439 Baxış
Cəbhə xəbərlərimiz Tacikstanda müzakirə olundu

Azərbaycanın Tacikistan Respublikasındakı səfiri Abbasəli Həsənov Tacikistan Respublikasının daxili işlər naziri Ramazon Rahimzoda ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşdə ölkə başçılarının səmimi münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafında oynadığı rol xüsusi vurğulanıb.

Həmçinin hər iki ölkənin daxili işlər nazirləri arasında da mütəmadi görüşlərin keçirilməsinin, müvafiq qurumlar arasında informasiya və təcrübə mübadiləsinin, narkotiklərin qanunsuz dövriyyəsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə bildirilib ki, Azərbaycan və Tacikistan MDB, İƏT, İKT, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirici Mərkəzi (MARİƏM) və s. qurumlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

Nazir R.Rahimzoda Tacikistan Respublikasının Daxili İşlər Nazirliyinin fəaliyyəti barədə danışıb, terrorizm, dini ekstemizm, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya kimi problemlərlə mübarizə aparıldığını deyib. O, xüsusilə Əfqanıstanla sərhəddə problemlərin çox olduğunu vurğulayıb.

Səfir cari ildə Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə Biznes Forumun, Azərbaycan sənaye məhsullarının sərgisinin və İqtisadi-Ticari, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın III iclasının keçirilməsinin planlaşdırıldığını qeyd edib.
A.Həsənov 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunduğunu, Azərbaycanın uğurlu daxili-xarici siyasəti nəticəsində sürətli inkişaf yoluna qədəm qoyduğunu bildirib. O, hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir münaqişənin nəinki Azərbaycanın, bütün regionun inkişafına mənfi təsir etdiyini deyib. Diplomat Erməni silahlı qüvvələrinin son günlər yenidən atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərini müxtəlif silahlardan atəşə tutduğunu, nəticədə hər iki tərəfdən ölən və yaralananların olduğunu qeyd edib. O məlumat verib ki, 1994-cü ildən bəri 4 mindən çox Azərbaycan əsgəri Ermənistanın atəşkəs rejimini pozması nəticəsində həyatlarını itirib.

Sonda A.Həsənov R.Rahimzodaya səfirliyin dəstəyi ilə tacik dilinə tərcümə etdirilmiş yazıçı-publisist E.Axundovanın ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 7 cildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın kəşməkəşləri” kitablarını təqdim edib.

AzərTAc

Xəbər lenti

DAHA ÇOX XƏBƏR