Dünyanın ən axmaq qanunları
Bizi izləyin

Dünya

Dünyanın ən axmaq qanunları

Qanun və qaydalar dərc olunmazdan öncə dəfələrlə nəzərdən keçirilir, müzakirə edilir, sonda isə məsləhət görülərsə, qüvvəyə minir. Lakin maraqlı dünyamızda maraqlı qanunlar da mövcuddur. Planetimizdə nə qədər gülünc, mənasız və ağılsız qanunların mövcudluğuna hərdən adamın inanmağı gəlmir.

Belə ki, Publika.az simanızda gülüş doğura biləcək bir neçə qanunlar sizi tanış edir:

Səudiyyə Ərəbistanında qadınlara maşın sürmək qadağandır. Lakin ərə getmək üçün heç bir yaş məhdudiyyəti yoxdur: məsələn, 2008-ci ildə məhkəmə 8 yaşlı qızın 58 yaşlı ərindən boşanmasına icazə verməyib.

Filippin və o cümlədən, Vatikan dünyada boşanmağın ümumiyyətlə qadağan olduğu nadir ölkələrdəndir.

İsveçrədə axşam saat 10-dan sonra unitazda suyu buraxmaq qadağandır. Səs qonşuların rahatlığını pozur.

Sinqapurda adi saqqız (tibbi saqqız istisnadır) və onun çeynənilməsi üçün ağır cərimə qoyulub. Cəza isə ictimai yerlərdə təmizlik işləri görməkdən ibarətdir. Səbəb isə yaramaz adamların saqqızı stol və stulların altına yapışdırmalarıdır.

Böyük Britaniyada isə uzun müddətdir ki, parlamentdə ölməyə qadağa qoyulmuşdi. Bu qanun bütün dünyada gülüş yaratmaqla parlament üzvlərini çıxılmaz vəziyyətdə qoyub. Birdən kiminsə parlamentdə ürəyi tutdu? Şükür ki, ölkə ağılsız qanundan imtina edib.

Fransada ölüyə ərə getmək və ya ailə qurmaq qadağandır. Bundan əlavə, orada donuza “Napoleon” adını vermək qadağandır.

İsveç, həmçinin Norveç və İslandiyada fahişə xidmətindən istifadə etmək qadağandır. Lakin fahişəliklə məşğul olmaq qanunla yasaq olunmayıb.

Avstraliyanın Viktoriya ştatında peşəkar mühəndis olmayan adam elektrik lampasını dəyişə bilməz. Bütün Avstraliyada isə kişilər dekolte qadın geyimindən istifadə edə bilməz.

Çində isə belə bir qanun var ki, universitetə daxil olan insan mütləq ağıllı olmalıdır.

Argentinada isə tanqo musiqisi ərazidə səsləndirilən digər musiqilərdən nə çox, nə də az olmalıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm