Pişik vasitəsiylə “Wi-Fi”a çıxış
Bizi izləyin

Dünya

Pişik vasitəsiylə “Wi-Fi”a çıxış

Təhlükəsizlik üzrə mühəndis Cin Bransfild boğazına distant müdaxilə modullu xalta taxılmış pişiyin köməyi ilə "Wi-Fi" şəbəkəsinə çıxış əldə edib. Bu barədə Bransfildin Las-Veqasda keçirilmiş "Defcon" haker konfransında təqdim etdiyi hesabata istinadən "Engadget" nəşri yazıb.

Publika.az-ın "ICTnews”a istinadən məlumatına görə, mühəndis deyir ki, boğazına haker xaltası taxılmış pişiyi gəzdirərkən o, öz qonşusunun routerinə müdaxilə edib. Beləliklə o, qonşusunun "Wi-Fi" şəbəkəsinə və hətta kompüterinə giriş əldə edib.

Məlum olub ki, "WEP" şifrələnmə protokolundan istifadə edən çıxış nöqtələrinə müdaxilə edilib. Bu protokol simsiz şəbəkənin təhlükəsizliyini təmin etmir. Hazırda ekspertlər "Wi-Fi" şəbəkəsinin təhlükəsiz tətbiqi üçün "WPA" və "WPA2" şifrələnməsindən istifadəni tövsiyə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm