Dünya
Pervomaysk: xarabalığa dönmüş şəhər – FOTOLAR
“Pervomayskda hər şey dağıdılıb. Salamat qalan bina yoxdur. Ölənlərin meyitləri küçənin ortasında qalıb, onları basdıran yoxdur. Hər tərəf atəş altındadır. Əgər meyit yaxındadırsa, elə beşmərtəbələrin giriş blokunun yanındaca basdırılır. Havada çürümüş meyit və barıt qoxusu qarışıb”.
Publika.az xəbər verir ki, bu sözləri jurnalist Roman Boçkala öz “Facebook” səhifəsində yazıb: “Müharibənin qəribə qanunları var. Dünən sənə qorxulu gələn şeylər indi gündəlik normaya çevrilir. Qohumlarımı şəhərdən güclə çıxardım. Slavyansk bombalananda bütün dünya yazırdı. Pervomaysk isə yaddan çıxıb. Halbuki burda vəziyyət onqat pisdir. Qaz, işıq, su yoxdur, maqazinlər, apteklər qarət olunub. Şəhər hər tərəfdən atəşə tutulur. İnsanlar zirzəmilərdən çıxa bilmirlər”.
Jurnalist qeyd edib ki, Pervomaysk kiçik şaxtyor şəhəri olub. Separatçılar Luqanskda məğlubiyyətə uğrayıb qaçandan sonra Pervomayska doluşublar. Bununla da sakit axarla yaşayan şəhər hərbi münaqişənin episentrinə çevrilib.
İlqar Atabəyli
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü