Ukraynanın 260 min əhalisi olan şəhəri çökə bilər
Bizi izləyin

Dünya

Ukraynanın 260 min əhalisi olan şəhəri çökə bilər

Ukraynanın Qorlovka şəhəri artıq iki həftədir ki, hər tərəfdən atəş altındadır. Ağır döyüşlər gedir, çoxsaylı qurbanlar var.

Lakin indi şəhərin üstünü alan bir ayrı təhlükə var ki, əhalini təşvişdə saxlayır. Bu, müharibədən daha ağır fəlakətdir.

İş orasındadır ki, Qorlovka şəhərinin altında çoxsaylı kömür mədənləri yerləşir. Şaxtalar normal rejimdə işləyəndə kömür çıxarıldıqdan sonra qrunt suları nasoslar vasitəsilə xüsusi anbarlara vurulurdu. Lakin bombardman nəticəsində əsas nasos stansiyaları sıradan çıxarılıb.

Publika.az Ukrayna mətbuatına əsasən xəbər verir ki, nasazlıq üzündən şaxtalara hər gün 2.3-3 metr su dolur. Şəhərin Ekologiya Departamentinin rəhbəri Vladimir Yuşenko bildirib ki, sular qruntu yuyub aparsa, 260 minlik şəhər yerin altına çökəcək: “Nasosların təmiri üçün cəmi 3 gün vaxtımız var. Sonra gec olacaq”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm