İŞİD Suriyada irəliləyir
Bizi izləyin

Dünya

İŞİD Suriyada irəliləyir

Suriyanın Hələb şəhərini ələ keçirmək istəyən terror təşkilatı İraq və Şam İslam Dövləti (IŞİD) 13 kəndi nəzarəti altına alıb.

ANS PRESS-in məlumatına görə, Hələb yaxınlığına çoxlu hərbi qüvvə yığan İŞİD 200 zirehli texnika ilə bu gün səhər hücuma başlayıb. Terror qruplaşması Azez qəsəbəsinin 5 kilometrliyinə qədər irəliləyə biliblər.

Hücumlarını davam etdirən İŞİD Əhmədiyyə, Samandere, Söyər, Yeniyapan, Ahterin, Türkmen Bereh, Karamezere, Dabi, İrşef, Elgöz, Ezentiye, Harebe və Murda kəndlərini ələ keçirib.

Terror təşkilatı üzvlərinin əhalidə qorxu yaratmaq üçün kəndlərdə amansız qətllər və işgəncələr həyata keçirdiyi bildirilir.

Qeyd edək ki, İŞİD-in təxminən 5 kilometr yaxınlaşdığı Azez qəsəbəsi Türkiyədən Suriyaya yardım göndərilən yolun üstündə yerləşdiyi üçün bölgədə humanitar böhranın daha da kəskinləşəcəyi gözlənilir.

Başqa bir tərəfdən isə terror qruplaşması Yavuzlar diyarının qarşısındakı Karamezer və Harebe kəndləri arasındakı təbii qaz boru xətti və nasos stansiyasının idarəsini də ələ keçirib. Çıxan silahlı qarşıdurmada ölü və yaralıların olduğu bildirilir. Azad Suriya Ordusu mənsublarının isə stansiya ətrafına uzaqdan idarə olunan bombalar yerləşdirdiyi də yayılan məlumatlar sırasındadır.

Bu arada Azad Suriya Ordusunda vuruşan türkmən zabitlər Türkiyəyə sığınıblar. Türkmən komandirlərin sorğulanması üçün Elbeyli rayon Komendantına aparıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm