Kadırovdan şok etiraf
Bizi izləyin

Dünya

Kadırovdan şok etiraf

Çeçenistan prezidenti Ramzan Kadırov Ukraynanın şərqində gedən döyüşlərdə onlarla çeçen döyüşçünün təslim olması barədə yayılan xəbərləri təkzib edib.

ANS PRESS-in məlumatına görə, Kadırov Ukraynada çeçenlərin döyüşdüyünü inkar etməyib:

"Bu yalandır. Nə Donetsk, nə də Luqanskda bir nəfər də olsun çeçen Ukrayna hərbçilərinə təslim olmayıb. Çeçenlər heç vaxt təslim olmurlar. Mülki əhalini qorumaq üçün Ukraynanın şərqində müxtəlif regionlardan olduğu kimi Çeçenistandan olan könüllülər də iştirak edir”.

Qeyd edək ki, Ukraynanın şərqində Rusiya yönümlü separatçılarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüş gedir. Kiyev Moskvanı yaraqlıları hər vasitə ilə müdafiə etməkdə günahlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm