Rusiya: “Separatçılara tank verməmişik”
Bizi izləyin

Dünya

Rusiya: “Separatçılara tank verməmişik”

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukraynanın şərqində müstəqilliyini elan edən Donetsk Xalq Respublikasına tank verildiyi ilə bağlı iddialara cavab verib.

Axar.az xəbər verir ki, Moskva radiosuna danışan Peskov Ukraynanın şərqində separatçılara silah göndərmədiklərini bilidirib. Onun sözlərinə görə, Rusiya hökuməti dəfələrlə bu barədə bəyanat verib: “Ukraynanın şərqinə hər hansı hərbi təchizat vasitəsi göndərməmişik. Biz bu barədə dəfələrlə bildirmişik”.

Xatırladaq ki, qərb mətbuatında yer alan iddialara görə, Rusiya Ukraynanın şərqində separatçılara yardım etmək üçün 30-u tank olmaqla 150 ağır artilleriya göndərib.

Faktı Ukrayna prezidenti Pyotr Poroşenko da təsdiq edib. Onun sözlərinə görə, hətta ölkə sərhədlərindən keçərək Ukraynanın şərqinə daşınan hərbi sursatların bir qismi Ukrayna ordusu tərəfindən məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm