Dünya
İŞİD Amerikaya səsləndi -“İslamı qəbul edin”
Xəbər verdiyimiz kimi, Missisuri şatatının Ferqyuson şəhərində kütləvi iğtişaşlar davam edir. İnsanlar artıq 9 gecədir ki, 18 yaşlı qaradərili Maykıl Braunun güllələnib öldürülməsinə ən kəskin formada etiraz edirlər.
Şəhərdə komendant saatı tətbiq olunsa da, oraya hərbi hissələr yeridilsə də vəziyyəti əvvəlki axarına qaytarmaq mümkün olmur. Prezident Obamanın müraciəti də istənilən nəticəni verməyib. Belə bir dururmdan İraq və Şam İslam Dövləti (İŞİD) də faydalanmağa çalışır.
Bu barədə “Daily Mail” məlumat yayıb. Qəzet bildirir ki, İŞİD döyüşçüləri və tərəfdarları sosial şəbəkələrdən istifadə edərək Ferqyuson şəhərində etirazlara qatılanları islamı qəbul etməyə və ABŞ-a qarşı vurşmağa səsləyiblər.
“ Twitter“ə sarılan İraq və Suriyadan olan cihadçılar, o cümlədən onların Qərbdə olan tərəfdarları Ferqyuson şəhərindəki etirazçıları müdafiə etdiklərini bildirirlər. Etraza qalxan qaradərili gənclərə dəstək verənlər onları daha da qızışdırmaq üşün Amerika tarixində baş vermiş bu kimi olayları əks etdirən materialları paylaşırlar. Maykıl Braunun öldürülməsinə etiraz edənlərlə radikal müsəlmanların həmrəy olduğu vurğulanır.
musavat.com
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək