Donetskdə konsulluğa mərmi düşdü
Bizi izləyin

Dünya

Donetskdə konsulluğa mərmi düşdü

Atılan mərmilər nəticəsində Donetsk şəhərinin baş məscidi zərər çəkib.

Publika.az-ın UNİAN-a isitnadən məlumatına görə, bu haqda müfti Səid xəbər yayıb.

"Yaxşı ki, mərmilər minarəyə düşmədilər. Əgər minarə dağılsaydı, onda o, günbəzi deşərdi və divarlar dağılardı", - deyə müfti yazıb.

Bundan başqa Donetskdə Gürcüstan konsulluğunun binası da mərminin düşməsi nəticəsində zədələr alıb. Bu məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi verib.

Mərminin düşməsi nəticəsində zərər çəkən və ölənlərin olmadığı deyilir, çünki konsulluğun əməkdaşları daha əvvəl şəhəri tərk ediblər.

Xatırladaq, bu səhər Donetskdə artilleriya atəşi nəticəsində fondlarında 120 mindən çox eksponat olan Donetsk ölkəşünaslıq muzeyi də dağıdılıb.
























Oxumağa davam et
Reklam
Reklam

Gündəm