• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ən təhlükəli İŞİD-çilər

  • Dünya
  • 22 Avqust 2014 18:02
  • 2 045 Baxış
Ən təhlükəli İŞİD-çilər

Hamısının İngiltərə vətəndaşı olması onların ortaq xüsusiyyətidir

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Suriya və İraqda qətliamlar törətməyə davam edən İŞİD yaraqlılarının arasında İngiltərə vətəndaşlarının çox olması diqqəti cəlb edir. İngiltərə mətbuatında yer alan xəbərlərə görə, terror təşkilatındakı hər dörd əcnəbi yaraqlıdan biri İngiltərə vətəndaşıdır. Hökumətin ehtimalına görə, təxminən 500 nəfər yaraqlıdan 250 nəfəri ölkəsinə qayıdıb.

Təşkilatın sonuncu dəfə yayımladığı başkəsmə videosundan sonra İngiltərədəki terrorla mübarizə polisi maskalı İŞİD yaraqlısının şəxsiyyətini müəyyənləşdirmək üçün hərəkətə keçib.

“Guardian” qəzetinin xəbərinə görə, Con ləqəbli yaraqlı Rakkadakı qərbli əsirlərə görə məsuliyyət daşıyan üç ingilis cihadçısından biri olduğunu iddia edib.

Başqa ingilis İŞİD-çilərin adı ilə tanış olaq:

Əbu Abdullah Əl-Brittani

32 yaşlı İngiltərə vətəndaşı Brittani sosial şəbəkələrdə yayımlanan və “qardaşlarına cihad çağırışı edən” yaraqlı olaraq tanınır.

Məhəmməd Həmidur Rəhman

25 yaşlı Rəhmanın ailəsi oğullarının Ramazan bayramında Suriyada İŞİD üçün döyüşən zaman öldürüldüyünü açıqlayıb.

Maşudur Çoudhuri

Suriyaya döyüşmək üçün gedən ilk İngiltərə vətəndaşı kimi tanınır. 2 uşaq atası, 31 yaşlı Çoudhuri oktyabrda ölkəsinə qayıdan zaman London hava limanında yaxalanıb.

İfthekar Yaman

23 yaşlı Yaman “Əl-Qaidə”yə bağlı təşkilatlara qoşulub. Suriyada döyüşüb. İngiltərədəki evinə qayıdan zaman mənzilinə yaxın bölgədə atışma zamanı öldürülüb.

Səlma və Zəhra Halanelər

16 yaşlı Səlma və Zəhra adlı əkizlər tibb universitetində oxuyan zaman evdən qaçaraq Suriyaya gedib təşkilata qoşulublar. Əkizlərin hazırda Rakkada olduğu və İŞİD yaraqlıları ilə evləndiyi deyilir.

Nassər Mutxana

20 yaşlı tibb universiteti tələbəsi olan Mutxana 2013-cü ildə ailəsinə “Suriyaya, cihada qoşulmağa gedirəm” deyə bir məktub yazaraq qaçıb. Mutxananın hələ də Suriyada olduğu iddia edilir.

Aseel Mutxana

Nassər Mutxananın 17 yaşlı qardaşı Saeel Mutxana da qardaşından sonra fevral ayında Suriyaya gedərək təşkilata qoşulub. Qardaşlar təşkilatın təbliğat videolarında tez-tez görünürlər.

Aine Davis

30 yaşlı İngiltərə vətəndaşı Aine Davis Suriyada İŞİD üçün fəal çalışdığı bilinir.

Amal Əl-Vahabi

Davisin arvadı Amal Əl-Vahabi (şəkildə sağda – red.) təşkilata maliyyə yardımı etməkdə ittiham olunur. Onunla əməkdaşlıq etdiyi güman edilən 27 yaşlı Nəval Msaad alt paltarında gizlətdiyi 20 min avro ilə hava limanında yaxalanıb.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR