Rus əsgərlərə sosial şəbəkələrdən istifadə yasaq olunacaq – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Rus əsgərlərə sosial şəbəkələrdən istifadə yasaq olunacaq – FOTOLAR/VİDEO

Publika. az Luqansk ətrafındakı döyüşlərdə ukraynalı hərbçilərin Rusiyanın Pskov Desant diviziyasına aid zirehli avtomobili vurduqları haqda xəbər vermişdi.

Zirehli maşının içində rus pasportları və digər sənədlər tapılmışdı. 20 yaşlı rusiyalı əsgərlərin sənədlərini ələ keçirən ukraynalılar onların sosial şəbəkələrdəki səhifələrini tapıblar.

“Vkontakte”, “Odnoklassniki” və “Facebook”dakı səhifələrində əsgərlərin fotoları və özləri haqqında ətraflı məlumatlar olub. Bu, Rusiya hərbi kontingentinin Ukraynaya daxil olmasını bir daha sübut edir.

Bu səbəbdən Rusiya Dumasında hərbçilərin sosial şəbəkələrdən istifadəsini yasaqlayan qanun layihəsinin qəbul ediləcəyi gözlənilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm