Rusiya tankları Ukraynaya daxil oldu
Bizi izləyin

Dünya

Rusiya tankları Ukraynaya daxil oldu

Rusiya tankları və zirehli texnikası Ukrayna ərazisinə daxil olaraq Mariupol istiqamətinə hərəkət edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.

“Ukrayna sərhədçiləri geri çəkildilər. Sərhədçilərlə təcavüzkar qoşun arasındakı məsafə 3-4 kilometrdir. Biz ən azı 10 tank və zirehli texnikanı saydıq”, - xəbərdə deyilir.

İlovaysk şəhərində isə antiterror əməliyyatları uğurla davam etdirilir. Məlumata görə, “Donbas” və “Krivbass” batalyonları 90 separatçını məhv edib. Antiterror güclərin Luqanskda 80 separatçını, o cümlədən 7 tank və 6 zirehli avtomobili məhv etdiyi xəbər verilir.

Dünən aparılan antiterror əməliyyatlarında ümumilikdə 300-ə yaxın separatçının öldürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm