Prezidentə sui-qəsd edən polislər uzunmüddətli həbs cəzası aldılar – FOTO
Bizi izləyin

Dünya

Prezidentə sui-qəsd edən polislər uzunmüddətli həbs cəzası aldılar – FOTO

Ekvador məhkəməsi prezident Rafael Korreaya sui-qəsd təşkil edən 6 polis zabiti barədə hökm çıxardıb.

Publika.az “Notimex” qəzeinə istinadən xəbər verir ki, sabiq qanun keşikçiləri 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Sui-qəsdə cəhd 2010-cu ildə Ekvadorda baş verən iğtişaşlar zamanı olunub. Həmin vaxt maaşlarının kəsilməsindən və rütbələrin verilmə sisteminin dəyişməsindən narazı olan polislər aksiyalara başlamışdılar. İğtişaşlar başlayarkən prezident paytaxt Kitodakı qərargahından narazılara səslənmişdi. Korreanın çıxışı zamanı polislər dövlət başçısına tərəf gözyaşardıcı qumbara atmışdılar. Ayağından yaralanmış prezident hospitala çatdırılmışdı. Orada qiyamçılar dövlət başçısının palatasını əhatəyə almışdılar.

Sonradan xüsusi xidmət orqanları prezidenti girovluqdan azad etdilər. Qiyamçılarla atışmada 3 nəfər öldürülmüşdü.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm