Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi (VİDEO)
Bizi izləyin

Dünya

Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi (VİDEO)

Türkiyədə bir neçə ay bundan əvvəl hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən bu həftəki söhbətində Azərbaycandan da bəhs edib.

Publika.az-ın məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında yaşadığı bildirilən din xadimi Fəthullah Gülənin söhbətlərinin yayımlandığı saytda “Utanılası iş görməmisiniz: mətin dayanın və axirətə borclu gedən siz olmayın (alacaqlı gedin)!” adlı söhbəti yer alıb. Gülən söhbət çərçivəsində Ərdoğanın onları haşhaşilərə bənzətməsindən tutmuş, bir sıra məsələlərə toxunur. Ən maraqlısı isə o, söhbət daxilində 90-cı illərdə Azərbaycanda yaranmış vəziyyətləri də yada salıb və onların vasitəsilə ölkəmizəd məktəblərin açılmasından söz açıb.

“Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə oraya getmişdilər. Bizimkilər “İşğal edildik” deyə mənə zəng etdilər, dedim ki, “təhlükəli bir gündə, ölmək lazım olan bir gündə onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb orada oldular. O məktəblər orada bu şəkildə quruldu və bu sözün də bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır” – deyə Fəthullah Gülən söhbətində vurğulayıb.

Qeyd edək ki, bu il iyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin müxtəlif bölgələrində 11 lisey, "Araz" hazırlıq kursları daxildir. /anspress.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm