Keçmiş prezident dövlətə xəyanətdə ittiham edilir
Bizi izləyin

Dünya

Keçmiş prezident dövlətə xəyanətdə ittiham edilir

Misirin keçmiş prezidenti Məhəmməd Mursi indi də dövlətə xəyanətdə ittiham edilir.

Publika.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, onu məxfi sənədləri Qətərə ötürməkdə şübhəli bilirlər.

İstintaq materiallarına əsasən, Mursi president olarkən “Əl Cəzirə” telekanalının Qətər filialı vasitəsilə qonşu dövlətə Misirin milli təhlükəsizliyinə zərbə vuran məxfi materialları ötürüb.

Qeyd edək ki, “Əl Cəzirə” telekanalının Qətər filialının rəhbəri həm də “Müsəlman qardaşları” təşkilatının liderlərindən idi.

Misir məhkəməsi telekanalın 3 jurnalistini terrorçularla əlbir olmaqda suçlayaraq onların hərəsinə 7 il həbs cəzası təyin etmişdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm