Moskvada orta məktəbdə silahlı insident baş verib - VİDEO - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Moskvada orta məktəbdə silahlı insident baş verib - VİDEO - YENİLƏNDİ

Moskvanın 263 saylı məktəbində baş vermiş atışma ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 3 maddə - girov götürmə, qətl və polislərin həyatına sui-qəsd maddələri üzrə cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RİA Novosti Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinə istinadən xəbər verir.

İstintaqın məlumatına əsasən, bu gün günorta saatlarında Moskvadakı 263 saylı məktəbin yuxarı sinif şagirdi silahla məktəbə gəlib: "O, mühafizəçilərə təzyiq göstərməklə məktəbə daxil ola bilib. Bununla belə, mühafizəçi həyəcan düyməsinə basaraq yuxarı sinif şagirdini 10-cu sinif şagirdlərinin olduğu biologiya kabinetinə sıxışdırıb".

Cinayətkar bu zaman müəllimlərdən birini yaralayıb və hadisə yerinə gələn polislərə atəş açıb. Polislərdən biri yarlanıb, digəri isə ölüb.

V. Markin qeyd edib ki, silahlı şəxsin məktəbdə girov saxladığı bütün şagirdlər azad olunub, cinayətkar zərərsizləşdirilib.

14.00

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın paytaxtında yerləşən 263 saylı orta məktəbdə naməlum şəxs atəş açıb. Yerli mətbuatın yazdığına görə silah açan şəxs içkili olub.


Hələ ki hadisə ilə bağlı polis açıqlama verməyib.Son məlumatlara görə, silahlı şəxs girov götürdüyü 20-yə yaxın yuxarı sinif şagirdini sərbəst buraxıb. Bildirilir ki, atışma zamanı bir polis əməkdaşı ölüb. Yerli mətbuatda iki polis əməkdaşının yaralanması ilə bağlı məlumatlar da var.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm