Dünya
Obama çarəsiz durumda: “Bizə kömək edilməlidir”
ABŞ Prezidenti Barak Obama İŞİD təhlükəsinə qarşı mübarizə mövzusunda jurnalistlərin suallarını cavablandırıb.
Axar.az xəbər verir ki, Obama Ağ Evdə təşkil etdiyi mətbuat konfransında Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatların başlanılması üçün Konqresin razılıq verməli olduğunu dilə gətirib.
Onun sözlərinə görə, təkcə Konqresin yox, ABŞ xalqının da razılığı olmalıdır: “Hadisələr inkişaf etdikcə Konqreslə müzakirələrimizi davam etdirəcəyik. Konqresin müzakirələrə qatılmasının böyük əhəmiyyəti olacağını düşünürəm. Bundan əlavə, Amerikan xalqı da müzakirələrin bir parçası ola bilər”.
“Öncədən danışmaq istəmirəm. Hələlik bir strategiyamız yoxdur”, - deyən Obama mətbuatda yayılan məlumatların çox irəli getdiyini qeyd edib.
Prezident İŞİD-i tamamilə məhv edə biləcək və bölgədə uzunmüddətli sabitliyi bərpa edəcək planın hazırlandığını bildirib: “Hər bir variant geniş şəkildə müzakirə olunur. Nə lazımdırsa, onu da edəcəyik”.
Obama bu gün Milli Təhlükəsizlik Şurasının çağırıldığını, Pentaqon şefi Çak Hagelə hərbi əməliyyatların planının hazırlanması tapşırığını verdiyini də açıqlayıb.
“Ali Baş komandan olaraq Amerika xalqını qorumaq və ABŞ torpaqlarını təhdid edənlərə qarşı nə lazımdırsa, həmişə edəcəyik”.
Bundan başqa Obama terrorçulara qarşı təkcə ABŞ-ın mübarizə apara bilməyəcəyini qeyd edərək qonşu ölkələrin və müttəfiqlərin ABŞ-a kömək etməli olduğunu bildirib. Onun sözlərinə görə, uzunmüddətli sabitlik üçün müttəfiqlərlə birgə mübarizəyə qoşulmaq vacibdir.
İŞİD-ə qarşı region dövlətləri ilə əməkdaşlığın vacib olduğunu deyən Obama bu məqsədlə Dövlət katibi Con Kerrini bölgəyə göndərəcəyini deyib.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək