Azərbaycanlı qız Novosibirsk-Bakı aivareysində fövqəladə vəziyyət yaratdı
Bizi izləyin

Dünya

Azərbaycanlı qız Novosibirsk-Bakı aivareysində fövqəladə vəziyyət yaratdı

S7” aivaşirkətinin 3299 saylı “Novosibirsk-Bakı” təyyarəsi bazar günü, yerli vaxtla saat 10:40-da Sibirin paytaxtından uçuş etməli idi. Publika.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, sərnişinlər təyyarənin göyərtəsində olduğu zaman xoşagəlməz hadisə baş verib.

“Sərnişinlər eşitdilər ki, 21 yaşlı qız, Azərbaycan vətəndaşı kiməsə telefonla təyyarəni partladacağını dedi. İnsanlar qorxdular və dərhal bu barədə stüarda məlumat verdilər”, - deyə, Rusiya DİN-nin Sibir Federal Dairəsinin Terrorizm İdarəsindən bildiriblər.

Bundan başqa, polislər sərnişinlərin özləri ilə götürdükləri bütün yükləri yoxlayıblar və buna görə də, təyyarənin uçuşu 2 saat gecikib, idarədən vurğulayıblar. Düzdür, sonradan qız polisə bildirib ki, sərnişinlər onu düzgün başa düşməyiblər.

“O deyib ki, telefonla bacısı ilə mübahisə edirmiş və bu zaman əsəbi halda belə cümlə işlədib”, - deyə, polisdən qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm