Partlayışa davamlı smartfon (FOTO)
Bizi izləyin

Dünya

Partlayışa davamlı smartfon (FOTO)

Ekstremal şəraitlər üçün nəzərdə tutulan yeni smartfon təqdim edilib.

ANS PRESS-in məlumatına görə, Norveçin "Pixavi" şirkəti tərəfindən istehsal edilən "Impact X" adlı bu smartfon, ekstremal şəraitlərdə istifadə üçün nəzərdə tutulub. Qurğunun işçi temperatur diapazonu mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Ölçüləri 150×65×12 mm, çəkisi 200 qr-dır.

Aparat "ATEX" və "IECEx" təlimatlarına uyğun sertifikatlaşdırılan smartfon 2 metr hündürlükdən yerə düşməyə davamlıdır. "Impact X" smartfonu 480×800 piksel təsvir ölçülü 4,3 düymlük ekran, 8 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Ekrana 2 millimetrlik "Gorilla Glass 2" şüşəsi əlavə edilib. Aparata "Android 4.2.2 Jelly Bean" platforması quraşdırılıb.

Yeni qurğunun qiyməti 1-1,2 min dollar civarında olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm