ABŞ başkəsmə hadisəsini təsdiq etdi – Bunu İŞİD edib
Bizi izləyin

Dünya

ABŞ başkəsmə hadisəsini təsdiq etdi – Bunu İŞİD edib

Bu gün ABŞ-ın Milli Təhlükəsizlik Şurası jurnalist Sotloffun öldürülməsi görüntülərinin həqiqət olduğunu təsdiqləyib.

Publika.az “Yurdqəzeti”nə istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları növbəti amerikalı jurnalist Steven Sotloffun başının kəsilmə videosunu yayımlayıb. Terror təşkilatı 15 gün əvvəl başqa bir amerikalı jurnalist James Foleyin başını kəsmiş və növbəti hədəfin Sotloff olacağını elan etmişdi. ABŞ-ın Milli Təhlükəsizlik Şurası bu gün keçirdiyi mətbuat konfransında jurnalist Sotloffun başının kəsilməsi görüntülərinin həqiqət olduğunu təsdiq edib.

Xatırladaq ki, videoda “Time” və “Foreign Policy” nəşrləri üçün çalışan Steven Sotloffun başının kəsildiyi aydın görünür. O, ötən ilin avqustunda Suriyada qaçırılmışdı.

Bundan əvvəl başı kəsilən Ceyms Foleyin əks olunduğu videoda edam olunacaq növbəti şəxsin Steven Sotloff olacağı bildirilmişdi. Bu videoda isə növbəti hədəfin ingilis əsiri David Hanes olduğu deyilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm