Krımdan geri çəkil, separatçılara silah yardımını dayandır” – Bəyanat
Bizi izləyin

Dünya

Krımdan geri çəkil, separatçılara silah yardımını dayandır” – Bəyanat

NATO-ya üzv ölkələrin Uels sammiti çərçivəsində keçirilən NATO-Ukrayna komissiyasının iclasında Rusiyanın Ukraynaya hərbi müdaxilə ilə bağlı bəyanat qəbul edilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbi alyans Rusiyanın Ukraynaya qarşı hərbi hərəkətlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

“Rusiya Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozmaqda davam edir. Etirazlara baxmayaraq, Rusiya qoşunları Ukraynadakı əməliyyatlara birbaşa müdaxilə edib. Rusiya Ukraynanın şərqindəki hərbi qruplaşmalara silah çatdırmaqda davam edir, eyni zamanda Ukrayna ilə sərhəddə hərbi bölmələri döyüşə hazır vəziyyətdə saxlayır. Bu Ukraynada sabitliyi pozur və bütün avroatlantik məkanın təhlükəsizliyi üçün ciddi nəticələr doğurur”, - Ukrayna-NATO komissiyasının yekun bəyanatında deyilir.

Bəyanatda həmçinin Rusiyaya Krımdan geri çəkilməsi və Ukraynanın şərqində separatçılara hərbi yardımın dayandırılması barədə çağırış yer alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm