Fransa prezidenti haqqında kitab rekord qırır (VİDEO)
Bizi izləyin

Dünya

Fransa prezidenti haqqında kitab rekord qırır (VİDEO)

Fransada keçmiş birinci xanım Valeri Trierveylerin şəxsi həyatı və prezident Ollandan ayrılması ilə bağlı yazdığı avtobioqrafik kitab ölkədə qısa müddət ərzində böyük uğur qazanıb.

ANS TV-nin məlumatına görə, kitabın 200 min nüsxədə çap olunmasına baxmayaraq kitablar dükanlara çıxar-çıxmaz qurtarıb. Kitabı nəşr edən şirkət ikinci təkrar tiraj barədə düşünür. Ayrı-ayrı nüsxələr artıq onlayn şəkildə internet saytlarında hərraca çıxarılıb.

Əldən alınan kitablar 20 Avrodan baha qiymətə satılır. Təkcə “Ebay” saytında istifadəçilər kitabı 100 dollara satır.

Bir neçə gün əvvəl nəşr olunan kitabda Fransa prezidenti tənqid olunmaqla yanaşı onun şəxsi həyatı təsvir olunub. Bu kitab hazırda Fransada gündəmin əsas müzakirə obyektidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm