ABŞ Tiflisi Rusiyanın hücumuna hazırlayır
Bizi izləyin

Dünya

ABŞ Tiflisi Rusiyanın hücumuna hazırlayır

ABŞ Gürcüstana müdafiə silahlarının çatdırılması məsələsinə baxır.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanda bir günlük səfərdə olan ABŞ müdafiə naziri Çak Hegel bildirib.

Amerikalı nazir Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, müdafiə naziri İrakli Alasaniya və ölkənin digər rəhbər şəxsləri ilə görüşüb. O, həmçinin Tiflis yaxınlığındakı Krsanisi hərbi tədris mərkəzində gürcü və amerikalı hərbi qulluqçularıla görüşüb.

“ABŞ Gürcüstana müdafiə silahlarının çatdırılması məsələsinə baxır. Biz Gürcüstanın müdafiə qabiliyyətinin təminatı üzrə əməkdaşlığımızın gücləndirilməsi üçün nələr edə biləcəyimizi müzakirə edirik. Mən gürcü həmkarım İrakli Alasaniya ilə amerika hərbi vertolyotlarının Gürcüstana çatdırılması barədə müzakirələr apardım”, - gürcü həmkarı ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ç.Hegel bildirib.

NATO-nun xüsusi partnyoru status alması münasibətilə Gürcüstanı təbrik edən ABŞ müdafiə naziri bunun hərbi ittifaqa üzvlük yolunda yeni bir mərhələ olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm