Sərkisyanın istefası tələbi İrəvanı bürüdü – VİDEOLAR
Bizi izləyin

Dünya

Sərkisyanın istefası tələbi İrəvanı bürüdü – VİDEOLAR

Son günlər minlərlə Ermənistan vətəndaşı Serj Sərkisyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrinə, prezident sarayının yanına və dövlət başçısının istirahət iqamətgahının önünə axışmaqdadır.

Axar.az-ın Аrmlur.am1in.am saytlarına istinadən verdiyi xəbərə görə, səhər saatlarından İrəvanın Kond məhəlləsinin sakinləri Sərkisyanın istirahət iqamətgahının önünə toplaşıblar. Prezidentin gəlişini gözləyən aksiya iştirakçıları ondan problemlərinin yerindəcə həllini tələb edəcəklərini bildiriblər.

Sakinlər yeddi ilə yaxın müddətdə ev problemlərinin həll olunmamasından narazıdırlar.

Xatırladaq ki, Sərkisyanın istefası tələbi ilə dünən İrəvanın mərkəzi küçələrində daha bir aksiya keçirilib. Prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyanın rəhbərliyi altında şəhərin Azadlıq meydanında keçirilən etiraz aksiyasında Serj Sərkisyanın istefası tələb olunub. Onlar, “İstefa, istefa!” və “Azad və müstəqil Ermənistan uğrunda!” şüarları səsləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm