• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD Livana gedir? – ANALİZ

  • Dünya
  • 11 Sentyabr 2014 00:02
  • 719 Baxış
İŞİD Livana gedir? – ANALİZ

Publika.az Rami Ruhayemin “BBC Türkcə”də dərc olunan yazısını təqdim edir.

Sentyabrın 8-də Livan mətbuat orqanı olan “LBCI”nin axşam xəbərlərində “İŞİD içərimizdəki canavarı oyandırmağı bacardı” bildirilib.

Spiker xəbərləri oxuyan zaman, İŞİD tərəfindən başı kəsilərək öldürülən ikinci Livan əgərinin videosu internetdə yayılmışdı.

İki gün əvvəl verilən bir İŞİD açıqlamasında şiə əsgəri olan Abbas Midicin onu əsir götürənlərdən qaçmağa çalışdığı deyilirdi.

Midicin öldürülməsindən sonra Livanın paytaxtı Beyrutun şiə bölgələrində suriyalı qaçqınlara “gedin” deyə bir elan paylanmağa başlandı.

Bu arada Livanın şərqindəki Bekaa vadisində beş livanlı sünni, Abbas Midicin öldürülməsinə qarşılıq olaraq qaçırıldı.

“LBCI” spikeri xəbərlərdə insanların qaçırıldığını və suriyalı qaçqınların əllərində zopalar olan şəxslər tərəfindən məhəllələrindən qovulduğunu qeyd etdi. Əslində, spikerin dediyindən bu nəticəni çıxartmaq olar ki, Livan artıq yavaş-yavaş vətəndaş qırğınına sürüklənir.

Livandan baxanda Suriyanın və İraqın bəzi bölgələrində İŞİD-in irəliləyişi uzaqda olan hadisə kimi görünürdü.

Növbədə Livandırmı?

Amma indi hamı eyni sualı verir: “Bura gəlirlərmi?”. Əslində, bu ehtimal bəzən çox şişirdilir, bəzən də heç ciddiyə alınmır.

Lakin indi Ersel qəsəbəsinə çatan İŞİD üzvləri kəndi əhatəyə alan dağlardan aşağı düşüblər və onlar hər an sərhədi keçə bilərlər.

Hizbullah və Suriya rejimi tərəfindən Kalamun dağ silsiləsi ətrafındakı şəhərlərdən gətirilən bir qrup müxaliflər dağlarda düşərgə qurub.

İŞİD üzvləri bu qrup arasında azlıq təşkil edirdi. Əl-Qaidənin qolu olan Əl-Nüsrənin dağlardakı ən böyük qrup olduğu düşünülürdü.

Hətta dağlardakı üsyançıların bəziləri döyüşdən bir neçə gün əvvəl İŞİD-ə bağlı olduqlarını bildirmişdilər. Onların İŞİD-lə olan ideoloji və təşkilatı əlaqələrinin nə dərəcədə sıx olduğu isə məlum deyil.

İŞİD Suriyada və İraqda geri çəkilsə belə, həmin əraziləri təkrar işğal edəcək dərəcədə güclü bir hərəkatdır. Kalamunda isə onlar daha böyük digər qruplaşmaların arasında azlıqdadır.

İndi Suriyada nəzarətlərində olan torpaqlardan Livan sərhədinə yol aça bilməsələr, İŞİD işğalının yaxın olduğuna dair ssenarilər mübaliğəli görünə bilər.

Lakin birdən bu qrup Livanın içərisində əmələ gələrsə, onda necə?..

İŞİD-in və bundan əvvəl Livan əsgərini qaçırdan Əl-Nüsrənin əsas istəyi Beyrutdakı Rumiyə həbsxanasındakı islamçı məhbusların azad edilməsidir.

Həbsxanada yüzlərlə məhbus saxlanılır və bunların arasında 2007-ci ildə Livan ordusuna qarşı döyüşənlər var.

Lakin bu qədər məhbus məhkəməyə çıxarılmadan həbs olunub.

Livanın şimalındakı əsasən sünnilərdən ibarət olan Tripoli şəhərindəki insanların çoxu Rumiyə həbsxanasındakı məhbuslarla davranışlara görə bu məsələdə aqressivdirlər.

Sələfi şeyxlərindən biri mənə “Feyzi Kərəmə iki il iş verdilər, il yarım yatdı” dedi. Kərəm İsrailə casusluq etməkdə ittiham olan xristian bir siyasətçidir.

Amma “axtarışda olan bir nəfərlə telefonda danışdığı üçün bir islamçı məhkəmənin hökmü olmadan yeddi ildir həbsdədir” deyir.

Sünnilərin çoxu hökuməti Suriyadakı vətəndaş qırğınında mövqe sərgiləmədiyi üçün tənqid edir.

Rejimin tərəfində döyüşən Hizbullah sərhəddi asanlıqla keçsə də, yaraqlı olduqları ehtimal olunan sünnilər ciddi pasport nəzarəti ilə qarşılaşırlar.

Şeyx “Və bu “onların qanı qiymətlidir, bizimki isə ucuzdur” hissi insanların İŞİD-I dəstəkləməsinə və ədalətsizliyə qarşı şiddət göstərməklərinə səbəb ola bilər” deyir.

Livan həmişə qarışdırılan ölkə oldu. Ancaq indi bu qarışıqlıq daha çoxdur.

Beyrudun mərkəzi barlarla əhatə olunub. Həmin küçələr çörək puluna möhtac suriyalı qaçqınlar, varlılar və imtiyazlılarla doludur.

Hər yeni başkəsmə hadisəsi ilə qaçqınlar Beyrutdakı bir küçənin tinindən, ya da onun ətrafındakı çadırlarından və ya sınıq-sökük evlərindən qovulmaq təhlükəsi yaşayırlar.

Xalq qaynayır

Bu arada Livanın siyasi elitası kütlələr üzərində nəzarətini yavaş-yavaş itirir.

Suriyalı qaçqınların Beyrutun məhəllələrindən bir-bir qovulduğu elan olunan zamanda Hizbullahıın məsələyə qarışmaması üçün xəbərdarlıq edilir. Abbad Midlicin başının kəsilməsindən sonra şiə qrupların küçələrdəki qarşıdurmaları nəzarətə götürmək üçün hərəkətə keçdiyinə dair xəbərlər gəlir.

Aylardır Hizbullah Suriyadakı müharibəsinə dəstək yığmaq ilə nüfuzunu qoruya bilirdi. İndi isə dəstəkçilərinə görə bu, nüfuzunun sonu ola bilər.

Sünnu qruplar içində də ayrılmalar olur.

Bekaa vadisindəki sünni qəsəbələrdən birində - beş adamın qaçırıldığı Saadneyildə sünni lideri Səid Həririni dəstəkləyənlərlə ona qarşı çıxan və posterini yandırmaq istəyənlər arasında bir çəkişmə baş verdi.

Avropa və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən bir milyarder illərdir Livandakı sünnilərin çoxu tərəfindən dəstəkləndi və Hizbullaha, İrana və Suriyaya qarşı sərt çıxışlar etdi.

Amma davamlı olaraq düşmənləri tərəfindən sıxışdırıldığı və amma bunun qarşılığını nisbətən çıxdığı üçün uzlaşmaya məcbur oldu.

İslamçılar arasında da gərginliklər var. Tripolidə danışdığım sələfi şeyxi Livan dövlətinə və qurumlarına qarşı düşmənçiliyinə qarşı ehtiyatlı davranan şeyxlərin nifrətini qazandığı İŞİD dəstəkçiləri tərəfindən ölümlə təhdid edildiyini deyib.

Başı kəsilən ilk əsgər sünni idi. Onu və ikinci əsgəri öldürən yaraqlıların livanlı olduğu hesab edilir.

İŞİD üçün milli ordularda onlara qarşı döyüşən sünnilər İslamdan üzdöndərən kafirlərin tərəfində olan şəxslərdir.

Şeyxdən soruşdum ki, İŞİD Tripolidə yaraqlı yığmağa çalışırmı?

“İctimai yerlərdə yox. Amma görünməyən yerlərdə nələr olur, onu bilmirik” dedi.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR