Qış gəlməmiş “qaz müharibəsi” başladı
Bizi izləyin

Dünya

Qış gəlməmiş “qaz müharibəsi” başladı

Polşa Ukraynaya qazın çatdırılmasını dayandırıb. Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Polşa qaz nəqliyyat sisteminin operatoru “Gaz System” şirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, Ukraynaya qazın çatdırılması 2 gün sonra bərpa oluna bilər. Bildirilir ki, Rusiyanın “Qazprom” şirkəti Polşaya qaz ixracını azaltdığı üçün Ukraynaya Avropa ittifaqından qazın çatdırılmasında da problem yaranıb.

"Ukrtransqaz”ın məlumatına görə, Polşa tərəfi lazımı qaz resursunun axtarışı üçün Ukraynadan 2 gün vaxt istəyib. Bununla belə, “Gaz System”dən bildirilib ki, Polşa vasitəsilə Ukraynaya bu gün planlaşdırılan 3,8 milyon kubmetr əvəzinə təxminən 1,3 milyon kubmetr qaz çatdırılacaq.

“Qazprom” isə Polşaya qazın çatdırılmasında azalma olmadığını və əvvəlki səviyyədə qaldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm