Obamanın İŞİD strategiyasına Dəməşqdən sərt cavab
Bizi izləyin

Dünya

Obamanın İŞİD strategiyasına Dəməşqdən sərt cavab

Suriya ABŞ prezidenti Barak Obamanın İŞİD terror təşkilatına qarşı dünən açıqladığı strategiyanı şərh edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriyanın milli barışıq naziri Ali Haydar Dəməşq rəhbərliyinin icazəsi olmadan Suriya torpaqlarına ediləcək hər hansı bir ABŞ müdaxiləsini ölkəyə “hücum” olaraq qiymətləndirəcəklərini bildirib.

Xatırladaq ki, ABŞ prezidenti İraqdan sonra Suriyada da İŞİD-in hədəf olacağını açıqlayıb. “İraqda olduğu kimi Suriyadakı İŞİD-ə qarşı da əməliyyatlarda tərəddüd etməyəcəyəm”. – Obama ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm