Ferquson şəhərində nümayişlər (FOTO)
Bizi izləyin

Dünya

Ferquson şəhərində nümayişlər (FOTO)

ABŞ-ın Missuri ştatının polisi Ferquson şəhəri yaxınlığında yolu bağlayan nümayişçiləri həbs edib.

ANS PRESS-in məlumatına görə,150 nəfərdən ibarət qrup Ferquson şəhərinin magistral yolunda toplaşaraq avqustun 9-da polis tərəfindən öldürülən Maykl Braun üçün ədalət tələb ediblər.

Polis 70-ə yaxın nümayişçini icazəsiz toplaşma maddəsinə, dördünü isə polisə hücum etdiyinə görə həbs edib.

Qeyd edək ki, Braunun ölümü insanların Ferquson şəhərinin küçələrinə axışmasına səbəb olmuşdu. Dinc şəkildə başlayan nümayişlər daha sonra polislə qarşıdurmalara səbəb olmuşdu. Nümayişçilər hüquq-mühafizə qüvvələrini ayrıseçkilikdə və irqçilikdə ittiham edir.
Hazırda istintaq polis zabiti Darren Vilsonu Maykl Braunun ölümündə günahkar olub-olmadığını araşdırır.
ABŞ Ədliyyə Departamenti hadisə ilə bağlı vətəndaş hüquqları istintaq qrupu və Ferquson polis departamentinin fəaliyyəti ilə bağlı araşdırmaya start verib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm