Prezidenti körpüdən aşıran rus arağı... - FOTOLAR
Bizi izləyin

Dünya

Prezidenti körpüdən aşıran rus arağı... - FOTOLAR

Rus arağı dünyanın əksər ölkələrində məşhurdur. Bu içkinin məşhur olmasının əsas səbəbi bəlkə də rusların arağa olan hədsiz istəyinin nəticəsidir. Daha dəqiq ifadə etsək, ruslar öz içkilərinə aludə olmaqlarını o qədər həvəslə büruzə veriblər ki, bu “iştaha” xarici ölkə vətəndaşlarında da böyük maraq yaradıb.

Modern.az saytının məlumatına görə, tarix boyu rusların 40 dərəcəlik ehtirasının qarşısını heç nə ala bilməyib. Təkcə SSRİ-nin mövcudluğu dövründə beş dəfə, 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları keçirilsə də, bu tədbirlər kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib.

Maraqlı faktlardan biri odur ki, həmin tədbirlər ərəfəsində dövlət başçıları özləri də qədəhlərdən imtina edə bilməyiblər. Tarixdən Leninin, Stalinin, Malenkovun, Xruşovun, Brejnevin içki məclisləri, spirt qoxusu verən süfrələri hamıya yaxşı məlumdur. Gecə yarıyadək uzanan məclislər, Kreml məmurlarının əyləncələri heç də az olmayıb.

Rus arağından daha çox təsirlənən, sərxoş vəziyyətə düşüb özünü və ölkəsini xoşagəlməz vəziyyətə qoyan isə Boris Yeltsin olub. Yeltsinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı gecə yarısı kefli vəziyyətdə alt paltarında pitsa almağa getməsi, Almaniyada orkestrin qarşısında drijorluğu və rəqsi, arağın təsirindən oyana bilməyib təyyarədə yataraq dövlər tədbirinə getməməsi və bu kimi bir çox hallar uzun illər kütləvi informasiya vasitələrinin ən oxunaqlı materiallarına çevrilib.

28 sentyabr 1989-cu ildə Boris Yeltsinlə bağlı baş vermiş qeyri-adi hadisə isə kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilməklə yanaşı, həm də SSRİ Ali Sovetinin iclasında ictimai müzakirəyə çıxarılıb. Ali Sovetin fəaliyyəti tarixində ilk dəfə olaraq belə müzakirələr aparılıb.

Nə baş vermişdi? Boris Yeltsin bu dəfə hansı hadisə ilə ölkənin diqqət mərkəzində dayanmışdı?

Məhz həmin günü Boris Yeltsini körpüdən Moskva çayına atıblar. Hadisənin necə baş verməsi haqqında uzun illər müxtəlif versiyalar irəli sürülüb.

загруженное (1)

Yeltsinin öz söylədiyinə görə, seçicilərlə görüşdən sonra o dostunun bağına getmək istəyib. Xidməti avtomobilini buraxan Yeltsin piyada getmək qərarına gəlib. Bir az getdikdən sonra körpünün yaxınlığında “Jiqulu” markalı avtomobildən düşən bir neçə nəfər adam ona hücum edib, başına torba keçirərək Moskva çayına atıblar. Lakin bu versiya hüquq-mühafizə orqanları tərəfindən qəbul olunmayıb.

Digər bir versiyaya görə isə seçicilərlə görüşdən sonra rus arağı ilə gərginliyini çıxaran Yeltsin yaxınlıqda yaşayan məşuqəsi ilə görüşə gedib. Həmişə olduğu kimi bir ayıqla bir sərxoşun söhbətinin tutmaması bu görüşdə də özünü göstərib.

Yeltsin əsəbi halda və sərxoş vəziyyətdə evdən çıxaraq ayılmaq üçün özünü çaya atıb. Uzun illər bu məsələ qaranlıq qalaraq müzakirələrə səbəb olub.

Rus arağı öz mənfi təsirini təkcə ayrı-ayrı siyasətçilərin, fərdlərin həyatında göstərməyib. Statistikaya görə hər il Rusiya Federasiyasında yarım milyon insan bu “sevimli” içkinin qurbanına çevrilir.

Rus arağını ilk dəfə Mendeleyev tərəfindən kəşf olunması məsələsində də bəzi yanlışlıqlar var. Düzdür, 1985-ci ilin yanvar ayında Mendeleyev “Spirtin su ilə birləşməsi” mövzusunda dissertasiya işi yazıb. Amma hələ ondan çox-çox əvvəllər ruslar çörəkdən spirt düzəldib üstünə su əlavə etməklə araq hazırlayıblar.

İlk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə açılıb.

2-ci Yekaterinanın dövründə isə araq ən “hörmətli” içki sayılıb. Yeri gəlmişkən, rusların araq sevgisindən ən səmərəli istifadə edən elə 2-ci Yekaterina olub. Onun məşhur ifadəsi bu gün də Rusiyada olduqca populyardı: “Sərxoş xalqı idarə etmək daha asandır”.

1885-ci ilə qədər araq 12 litr 300 qram süzülmüş vedrələrdə satılıb.

19-cu əsrin ikinci yarısından başlayaraq rus arağının istehsalı üçün əsas xammal kartof olub. İstehsal olunan arağın üçdə iki hissəsi məhz kartofdan hazırlanıb.

загруженное

Ruslar Böyük Vətən Müharibəsi illərində də arağı arxa plana keçirməyiblər. Dövlət Müdafiə Komitəsinin 22 avqust 1941-ci il tarixli qərarı ilə cəbhələrdə döyüşənlərə hər gün 100 qram araq verilib.

Dünyada yeganə olan “Araq Muzeyi”də Rusiyada, Sankt-Peterburq şəhərində yerləşir.

Hazırda rus aralarının çeşidləri 3 mindən artıqdır. Bu rəqəm isə rus arağını sevənlər üçün dünyanın ən yaxşı göstəricisidir.

Rus arağı ilə bağlı bir çox lətifələr, deyimlər var. Araq içənlərə bəraət qazandıran ən yaxşı ifadəni isə elə ruslar deyiblər: “Araq düşmənidir. Amma kim deyir ki, biz düşməndən qorxurb, ondan qaçırıq?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm