Qeletey: "Rusiya müharibəni çoxdan uduzub"
Bizi izləyin

Dünya

Qeletey: "Rusiya müharibəni çoxdan uduzub"

“Rusiya özünün başladığı bu hibrid müharibəni çoxdan uduzub”. Publika.az-ın məlumatına görə, bu haqda yerli "Kanal 5" televiziyasına müsahibəsində Ukraynanın müdafiə naziri Valeri Qeletey bildirib.

"Son zamanlar biz 70 şəhəri azad etmişik. Ümumiyyətlə, Rusiya üçün bu hibrid müharibəsi artıq uduzulub və Putin bunu anlayır” – deyə, Qeletey qeyd edib.

Müdafiə naziri vurğulayıb ki, ardıcıl olaraq, bir çox şəhərlərin, yaşayış məntəqələrinin separatçılardan təmizlənməsi orduda əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə yüksəldib və hərbi uğurlar silahlı qüvvələrinin döyüş ruhunun daha da möhkəmlənməsinə səbəb olub.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm