• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Praqa Ukrayna Prezidentini qəbul etmir

  • Dünya
  • 5 Fevral 2014 10:09
  • 832 Baxış
Praqa Ukrayna Prezidentini  qəbul etmir

Praqa hakimiyyəti Ukrayna Prezidenti Viktor Yanukoviçin səfərinin təşkilində iştirak etməyəcək. Çexiya paytaxtının meri Tomaş Qudeçek onu şəhərdə görmək istəmədiyini bəyan edib. Trend-in məlumatına görə, bu barədə RBK agentliyi "Azadlıq" radiosuna istinadən xəbər yayıb.

T.Qudeçek bildirib: "Vatslav Qavelin adını daşıyan aeroportda məhz Prezident Yanukoviçin yerə enməsi absurddur. Əgər Ukraynanın dövlət başçısı Praqaya gələrsə, şəhər hakimiyyəti adətən belə hallarda olduğu kimi tədbirlər görməyəcək, eləcə də Yanukoviç şəhərin bələdiyyə binasına dəvət edilməyəcək".

Qeyd edək ki, Praqada Çexiyanın onlarla ictimai xadimi, şairlər, kinorejissorlar və məmurlar Yaukoviçin səfərinə qarşı çıxış edirlər. Onları məhz nəyin qane etmədiyi dəqiqləşdirilmir.

T.Qudoçek görüş əvəzinə Maydanda etiraz nümayişlərinin iştirakçılarına "İnsan darda" təşkilatı vasitəsilə 500 min çex kronu (bir ABŞ dolları 20,36 çex kronuna bərabərdir) göndərmək niyyətindədir. O, artıq bir həftə əvvəl Ukraynada "etirazlar zamanı məqsədli şəkildə təqiblərin qurbanlarının" və onların ailələrinin hesabına pul köçürüb.

Yanukoviçin Çexiyaya rəsmi səfəri 2014-cü ilin aprelinə planlaşdırılıb. Çexiya Prezidentinin dəvəti ilə həyata keçirilməli olan səfər zamanı "Şərq tərəfdaşlığı" proqramına həsr edilmiş mini-sammit də keçirilməli idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR