Separatçılarla Rusiya qoşunu arasında döyüş olub
Bizi izləyin

Dünya

Separatçılarla Rusiya qoşunu arasında döyüş olub

Ukraynanın şərqində yerləşən Rusiya hərbçiləri ilə separatçılar bir-birini güllələyirlər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert Donetsk və Luqansk “xalq respublikaları”nın rəhbərləri ilə Rusiya hərbçiləri arasında münasibətlərin yaxşı olmadığını qeyd edib. “Debaltsevo rayonu ərazisində Rusiya qoşunlarının diversiya-kəşfiyyat qrupu terrorçuların artilleriya atəşinə məruz qalıb”, - xəbərdə deyilir.

Xatırladaq ki, D.Tımçuk bundan əvvəllər də separatçılarla rusiyalı hərbçilər arasında qarşıdurmaların baş verdiyini bildirib.

Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri həmçinin Rusiya qoşunlarının Donetsk, Luqansk və Debaltsevo şəhərləri ətrafında yüksək fəallığının qeydə alındığını yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm