Nazirin məsləhətçisi: “Kiyevin müdafiəsi haqqında düşünmək lazımdır”
Bizi izləyin

Dünya

Nazirin məsləhətçisi: “Kiyevin müdafiəsi haqqında düşünmək lazımdır”

Ukrayna ordusunda xüsusi bölmə yaradılır.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk bildirib.

Yeni bölmə hərbi komissarlıqların əməkdaşlarından ibarət olacaq. “Hərbi komissarlıqların işçiləri Donbasaa müharibəyə göndəriləcək. Artıq Kiyevin müdafiəsi haqqında düşünmək lazımdır. Bu normaldır, çünki hərbi komissarlıqların əməkdaşları hərbi rütbə paqonları daşıyırlar. Bu yalnız hərbi əməliyyatlarla bağlı deyil, onlar həmçinin Donbas hövzəsində müdafiə məsələləri ilə məşğul olacaqlar”, - A.Danilyuk dedi.

Bundan əvvəl isə separatçılar məlumat yayıb ki, Ukrayna hakimiyyəti ölkənin mərkəzi regionlarında cəza çəkən məhbuslardan ibarət olan Milli Qvardiya bölməsini formalaşdırmağa qərar verdi. Məhbuslara Ukraynanın şərqində döyüşmək əvəzində azadlıq vəd edildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm