Putin və Poroşenko arasında ilkin razılıq əldə olunub
Bizi izləyin

Dünya

Putin və Poroşenko arasında ilkin razılıq əldə olunub

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə Avropada görüşməyi planlaşdırır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna dövlət başçısı “Strategiya-2020” dövlət islahatları proqramının açıqlandığı mətbuat konfransında bildirib.

P.Poroşenko yaxın üç həftə ərzində bu görüşün baş tuta biləcəyini deyib.

“Düşünürəm ki, yaxın üç həftə ərzində Vladimir Putinlə görüş olacaq. Görüş Avropada olacaq. Artıq ilkin razılıqlar da əldə olunub. Yekun qərar sülh planının icrasından asılıdır”, - deyə Poroşenko vurğulayıb.

P.Poroşenko prezident seçildikdən sonra Rusiya lideri ilə iki dəfə - 6 iyunda Normandiyada və 28 avqustda Minskdə görüşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm