Jirinovskinin Bakı səfərinin proqramı
Bizi izləyin

Dünya

Jirinovskinin Bakı səfərinin proqramı

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, RLDP-nin Dövlət Dumasındakı fraksiyasının başçısı Vladimir Jirinovski sentyabrın 27-də Milli Məclisdə spiker Oqtay Əsədovla görüşəcək.

Bu barədə Teleqraf.com-a Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib.

O, rusiyalı siyasətçinin Bakıda keçirəcəyi başqa görüşlər barədə də danışıb: “Vladimir Jirinovski Fəxri Xiyabanda milli lider Heydər Əliyevin məzarını ziyarət edəcək, Şəhidlər Xiyabanında olacaq”.
Bundan başqa RLDP sədri Moskva Dövlət Universitetinin Bakı filialında müəllim və tələbələrlə görüşəcək. V.Jirinovskinin Bakı şəhəri ilə tanışlığı da nəzərdə tutulub.

A.Nəsirov RLDP sədrinin Bakıda digər görüçlər keçirəcəyini də istisna etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm