Avropa Birliyi də Moskva qarşısında geri çəkildi
Bizi izləyin

Dünya

Avropa Birliyi də Moskva qarşısında geri çəkildi

Avropa Birliyi (AB) Ukrayna ilə azad ticarət zonasının yaradılmasının 2015-ci ilin sonuna təxirə salınması barədə razılaşmanı bəyənib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə AB-nin mətbuat xidməti bildirib.

Xatırladaq, AB və Ukrayna assosiasoya haqqında razılaşmanı iki mərhələdə imzalayıb. Razılaşmanı siyasi hissəsi 21 mart 2014-cü il, iqtisadi hissəsi isə 27 iyun 2014-cü ildə imzalanıb. Razılaşmanın iqtisadi hissəsində azad ticarət zonasının yaradılması nəzərdə tutulur.

Avropa Parlamenti və Ali Rada assosiasiya haqqında razılaşmanı 16 sentyabrda radifikasiya edib.

AB, Ukrayna və Rusiya arasında 12 sentyabrda keçirilən üçtərəfli danışıqlarda azad ticarət zonasının təxirə salınması barədə qərar qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm