Baş nazirin cəsədi ekskumasiya ediləcək
Bizi izləyin

Dünya

Baş nazirin cəsədi ekskumasiya ediləcək

Gürcüstan Baş prokurorluğu keçmiş baş nazir Zurab Jvaniya cəsədinin ekskumasiyası ilə bağlı qərar qəbul edib.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə sabiq baş nazirin ölüm səbəblərini araşdıran Revaz Nadoy bildirib.

Lakin o, cəsədinin ekskumasiyası ilə bağlı qərarın nə vaxt icra olunacağı barədə məlumat verməyib. R.Nadoy əlavə edib ki, ekshumasiyanı xarici məhkəmə-tibb ekspertləri həyata keçirəcəklər.

Xatırladaq ki,”Qızılgül inqilabı”nın liderlərindən olan Z.Jvaniya və Kvemo-Kartli vilayətinin vitse-qubernatoru Raul Yusifovun cəsədləri 2005-ci ilin fevral ayında baş nazirin evində aşkar edilib. Rəsmi versiyaya görə, ölümün səbəbi dəm qazından zəhərlənmə olub.

Baş nazirin ölümü ilə şübhələr həmişə qalıb. Keçmiş president Mixail Saakaşvilinin hakimiyyətdən getməsindən sonra onun ölümünün araşdırılması yenidən aktuallıq qazanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm