Dünya
İŞİD-ə hücumun xərci 1 milyardı keçdi
ABŞ-ın “İslam Dövləti”nə (İŞİD) qarşı həyata keçirdiyi hava hücumları ölkəni bu günə qədər 1 milyard dollar xərcə salıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 16 iyundan başlayan kəşfiyyat əməliyyatının ABŞ-a gündəlik 7,5 milyon dollara başa gəldiyini açıqlayıb.
Avqustun 8-dən indiyə kimi davam edən hava bombardmanları isə ABŞ-a gündəlik 10 milyon dollara başa gəlib.
ABŞ bu günə qədər İraqa 200 hava hücumu təşkil edib. ABŞ-ın liderlik etdiyi koalisiya isə Suriyada indiyə kimi 60 dəfə hava hücumu edib.
Qeyd edək ki, ABŞ-ın liderlik etdiyi, Avropa və ərəb ölkələrinin iştirakı ilə qurulan beynəlxalq koalisiya İraq və Suriyada təşkilatın irəliləyişini dayandırmaq üçün keçən həftənin çərşənbə axşamı hava hücumlarına başlayıb. Ərəb ölkələrindən Bəhreyn, BƏƏ, İordaniya, Qətər və Səudiyyə Ərəbistanı, Avropa ölkələrində isə Hollandiya, Almaniya, Fransa və Böyük Britaniya İŞİD-ə qarşı koalisiyaya qoşulub.
Ömər Dağlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO