Bu gecə son gecə - Honkonkda etirazçılar hökumətə xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Bu gecə son gecə - Honkonkda etirazçılar hökumətə xəbərdarlıq etdi

Honkonqda polislə hökümət binası qarısında etiraz aksiyası keçirən nümayişçilər arasında toqquşmalar başlayıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, etirazçılar tələblərinin bu gecə yerinə yetirilməyəcəyi halda, hakimiyyətə inzibati binaları ələ keçirəcəyi barədə xəbərdarlıq edib. Polis isə qanunsuz hərəkətlərin qarşısının istənilən yolla alınacağını bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl də Honkonqda polislə toqquşmalar olmuş və ən azı 38 nümayişçi zərər çəkmişdi. Nümayişin dağıdılması üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Nümayiş iştirakçıları yerli administrasiya rəhbərliyinin xalq tərəfindən birbaşa seçilməsini tələb edir. Honkonq rəhbərliyi hazırda seçicilər kollegiyası tərəfindən seçilir. İyun ayında fəallar on günlük onlayn-referendum keçirib. Referendumda təxminən 800 min insan iştirak edib. Rəsmi Pekin buna çıxır və referendumun hüquqi əsası olmadığını bildirir. Bundan sonra isə Honkonqda seçki sisteminin dəyişdirilməsi ilə bağlı nümayişlər başladı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm