ABŞ hansı sözünə görə Ərdoğandan üzr istədi?
Bizi izləyin

Dünya

ABŞ hansı sözünə görə Ərdoğandan üzr istədi?

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin Əsəd rejimini devirmək üçün İŞİD-ə maddi və hərbi dəstək verməsi ilə bağlı Harvard Universitetində etdiyi çıxışına görə Rəcəb Tayyib Ərdoğandan üzr istəyib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evdən Anadolu Agentliyinə daxil olan yazılı açıqlamada bildirilib. Açıqlamada qeyd edilib ki, Co Bayden Türkiyə prezidentinə zəng edərək ondan bölgədəki hadisələrdən Türkiyənin və digər müttəfq dövlətlərin də məsuliyyət daşıması ilə bağlı ifadələrinə görə üzr istəyib.

Qeyd edək ki, vitse-prezident ötən gün Harvard Universitetində etdiyi çıxışında Suriyadakı böhrana görə Türkiyəni və ABŞ-ın bölgədəki digər müttəfiqlərini ittiham edib. "Türkiyə bizim müttəfiqimizdi. Ərdoğanla da çox yaxşı münasibətlərimiz var. Səudiyyəlilər, əmirliklər və sair... Amma onlar nə etdilər? Əsədi devirmək üçün sünni-şiyə qarşıdurması yaratdılar. Əsədlə döyüşəcək hər kəsə 100 milyonlarla dollar və tonlarla silah göndərdilər. Əl Nusra, Əl-Qaidəyə qoşulmaq üçün gələn hər kəsin sərhəddi keçməsinə şərait yaratdılar. Ərdoğan köhnə dostumdu. Mənə dedi ki, "siz haqlısız. Biz çox insanın keçməsinə şərait yaratdıq. İndi sərhədi bağlamağa çalışırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm