Dünya
Bin Ladeni tutan kəşfiyyatçıdan İŞİD açıqlaması: “Məğlub olacağıq”
“Əl-Qaidə” lideri Bin Ladeni tutan komandanın rəhbəri keçmiş CİA
agenti Mixail Şouver (Michael Scheuer) Amerikanın ərəb ölkələri ilə
birlikdə İŞİD-ə qarşı əməliyyatlarda məğlub olacağını
açıqlayıb.
Publika.az türk mediasına istinadən xəbər verir ki, keçmiş CİA
agenti bildirib ki, 1996-cı ildə Bin Laden ABŞ-la müharibə edəndən
bu günə qədər Vaşinqtonda ağıllı rəhbər olmayıb. Onun sözlərinə
görə, İŞİD-ə qarşı müharibədə də bu rəhbərlər bir dünya savaşı
başlada bilərlər.
“Amerikanın İŞİD-ə qarşı müharibədə itirəcəkləri Əfqanıstan və İraq
müharibəsindən də çox olacaq. İŞİD-ə qarşı müharibəyə girməməliyik,
çünki “İslam dövləti” qərblilərin başını kəsərək Amerikanı müdaxilə
etməyə təşviq edir. Məqsəd ABŞ-ın müsəlmanların yaşadığı bölgəyə
müdaxilə etməsi ilə İŞİD-ə daha çox xalq kütlələrinin qoşulması,
yardımların edilməsinə nail olmaqdır. ABŞ İraqa və Suriyaya
müdaxilə etməklə dayandırmaq istədiyi təhlükəni daha da artıracaq.
Bu üzdən də İŞİD-ə qarşı müharibədə uduzacağıq. Bu müharibə böyük
miqdarda pul aparacaq. Vaşinqton despot ərəb liderləri ilə
koalisiya yaratmaqla sadə xalq kütlələrində despotizmə dəstək verən
obrazında görünəcək”, -deyə o bildirib.
CİA-nın keçmiş agenti onu da bildirib ki, İŞİD-ə qarşı müharibə
başqa torpaqlarda gedir və bu Amerikanın müharibəsi deyil.
Asif Nərimanlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi