Ermənistan Avrasiya İttifaqının arxasında gizlənmək istəyir
Bizi izləyin

Dünya

Ermənistan Avrasiya İttifaqının arxasında gizlənmək istəyir

Ermənistan Avrasiya İqtisadi İttifaqına öz təhlükəsizliyinin möhkəmləndirilməsi üçün bir imkan olaraq baxır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri RİA xəbər agentliyinə açıqlamasında Ermənistan Vətəndaş Cəmiyyəti İnstitutunun regional inkişaf proqramları üzrə koordinatoru, analitik Şuşan Xatlamadjyan deyib.

Rusiya, Belarus və Qazaxıstan 29 mayda Astanada Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləni imzalayıb. Müqavilə 1 yanvar 2015-ci ildə qüvvəyə minir. Minskdə 10 oktyabrda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsinin həlli ilə bağlı danışıqlar gözlənilir.

Analitikin fikrincə, İrəvan Avrasiya İqtisadi İttifaqı formatını həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması üçün imkan olaraq görür. “Dağlıq Qarabağla Ermənistanın xüsusi münasibətləri yeni inteqrasiya prosesində xüsusi əhəmiyyət kəsb edir. Bu fakt həmçinin İrəvanı o planda arxayın edir ki, Ermənistan bu formatda öz milli maraqlarından imtina etməli olmayacaq", - deyə Ş.Xatlamadjyan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm