Vaşinqton: “ABŞ bu məsələdə Ukraynanın partnyoru olmağa hazırdır”
Bizi izləyin

Dünya

Vaşinqton: “ABŞ bu məsələdə Ukraynanın partnyoru olmağa hazırdır”

“Rusiya tərəfi Minsk razılaşmasını yerinə yetirsəydi, ABŞ bu ölkəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaları ləğv edə bilərdi”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland deyib.

O, qeyd edib ki, Minsk razılaşmasının icrası Ukraynanın şərqində sülhün əldə olunması üçün ən yaxşı imkan ola bilərdi. ABŞ dövlət katibinin köməkçisi bildirib ki, Donetsk aeroportuna hücumlara son qoyulmalı, girovların hamısı qaytarılmalı, Donbas hövzəsindəki bütün xarici qoşunlar çıxarılmalıdır.

Onun sözlərinə görə, Ukrayna hökumətinə sərhəddə təhlükəsizliyin təmin olunması üçün konkret plan lazımdır. V.Nuland ABŞ bu məsələdə Ukraynanın partnyoru olmağa hazır olduğunu söyləyib: “Əgər sərhədin təhlükəsizliyi təmin edilərsə, Donbas hövzəsində hər şey bundan daha yaxşı olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm