Kobani aksiyasında ölənlərin sayı 22-yə çatdı - YENİLƏNİB
Bizi izləyin

Dünya

Kobani aksiyasında ölənlərin sayı 22-yə çatdı - YENİLƏNİB

İŞİD-in Kobaniyə hücumlarını bəhanə edən PKK-çıların Türkiyədəd keçirdikləri icazəsiz aksiyalarda ölənlərin sayı 22-yə çatıb.

Publika.az xəbər verir ki, Diyarbəkirdəki aksiyalarda 10, Batmanda 1, Siirtdə 4, Mardində 5, Muşda 1, Van 1 nəfər həlak olub. Bu barədə Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Eker açıqlama verib.

Onlarla adam isə yaralanıb. Yaralananlardan birir də Mersin vilayətinin Tarsus rayonunun polis rəisi Haydar Çelikdi. Aksiya iştirakçıları ona odlu silahdan atəş açıblar.

Bu səbəbdən Türkiyənin bir çox əyalətlərində, əsasən də Diyarbəkir, Mardin, Van, Siirt və Batmanın əksər rayonlarında fövəladə vəziyyət elan olunub. Saat 17:00-dan sonra küçələrə çıxmaq qadağan edilib, bu gün bölgədəki orta və ali məktəblərdə dərslər olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm