İŞİD azərbaycanlı futbolçuları da hədəf aldı – FOTO/ VİDEO
Bizi izləyin

Dünya

İŞİD azərbaycanlı futbolçuları da hədəf aldı – FOTO/ VİDEO

Azərbaycanlı futbolçular Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geyindiyi "Qaziantepspor"un təmsil etdiyi Qaziantep şəhərində ara qarışıb.

Publika.az xəbər verir ki, elə ki, yerli əhali Qaziantepdə etiraz aksiyası keçirib. Aksiyaya səbəb İŞİD-in son günlər Suriyada apardığı hərbi əməliyyatlar, Türkiyə sərhədinə yaxınlaşması və xüsusilə də son "Kobani hadisələri" olub.

Aksiya zamanı bir sıra obyektlər yandırılıb, dağıdılıb. Bunların arasında yeni tikilib başa çatdırılan və hələ açılışı baş tutmayan “Qazaintep İdman Kompleksi”nin stadionu da var.

Bu kompleksin də şüşələri qırılıb, kondisionerləri sökülüb və mərkəzdən oğurluq edilib.

Böyükşəhər Bələdiyyəsi tikilişi 50 milyon lirəyə (19 milyon avro) başa gələn idman kompleksindəki ziyanı müəyyən etməyə çalışır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm