• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müxalifət lideri: “Putinin gedişi də Rusiyaya heç nə gətirməyəcək”

  • Dünya
  • 10 Oktyabr 2014 12:32
  • 557 Baxış
Müxalifət lideri: “Putinin gedişi də Rusiyaya heç nə gətirməyəcək”

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnıy ölkə rəhbərliyinin xarici siyasətini sərt tənqid edib.

Publika.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, müxalifət lideri slavyan Polşanın artıq Rusiyaya nifrət etdiyini və bu nifrətin daha da artacağını deyib.

Ukraynanın da eyni yolu getdiyini bildirən A.Navalnıy qeyd edib ki, Rusiya Baltikyanı ölkələri özündən itələməklə NATO-nu sərhədlərinə yaxınlaşdırıb.

“Qərbin sanksiyaları nəticəsində ən yaxın gələcəkdə rublun daha da ucuzlaşması, neftin qiymətinin düşməsi təhlükəsi var. “Putinin hərbi macəraları”nı nəzərə alaraq deyə bilərik ki, ölkənin iqtisadi və siyasi xarabalığa çevrilməsi təhlükəsi var. Biz hakimiyyətin saxlanılması üçün Putinin nümayiş etdirdiyi iradəni qiymətləndirmədik. Görünür, onun “rus dünyası”nın ideyalarına belə bir zərbəni vuracağını təsəvvür etmək çətin idi. Biz axı həqiqətən 40 milyon ukraynalını itirdik. Birdən-birə yanımızda böyük bir düşmən ölkəni yaratdıq. Biz bunu yarım il ərzində etdik”, - deyə müxalifət lideri bildirib.

Onun fikrincə, Putin strateji maraqlar nöqteyi-nəzərindən “rus sivilizasiyası”na nəhəng zərbə vurub.

Ancaq A.Navalnıyın sözlərinə görə, Putinin hakimiyyətdən gedişi də Rusiyaya yaxşı heç nə gətirməyəcək: “Çünki Putin Rusiyanı böyük iqtisadi və siyasi böhranın kəndarında qoyub gedəcək”.

Göründüyü kimi, müxalifət lideri Putinin sərt tənqid etməklə yanaşı, dövlət başçısının müdafiə etdiyi “rus dünyası” ideyasını dəstəkləyir.

Xatırladaq ki, Navalnıy daha əvvəl “rus dünyası”nın digər bir məddahı, yenicə həbsdən çıxan oliqarx Xodorkovski ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Xodorovski isə həbsxanadan çıxan kimi bildirmişdi ki, avtomatı əlinə götürməyə və Qafqaz müsəlmanlarını öldürməyə hazırdır: “Çünki Qafqaz “rus dünyası”nın torpağıdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR