Ukrayna Milli Qvardiyası müdafiə xəttinin tikintisinə başlayıb
Bizi izləyin

Dünya

Ukrayna Milli Qvardiyası müdafiə xəttinin tikintisinə başlayıb

Ukrayna Milli Qvardiyası Dneprepetrovsk və Donetsk vilayətlərinin sərhədində müdafiə xəttinin tikintisinə başlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumdan bildirilib.

Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında dünən bildirilib ki, dövlət başçısının əmrinə əsasən Donetsk vilayətində “üç müdafiə xətti” tikilir. Qeyd edilir ki, “güclü sanitar müdafiə” Ukraynanın dinc həyatına maneə olan separatçıları buraxmamaq məqsədi ilə tikilir.

“Tikintiyə yerli əhalini də səfərbər ediblər”, - deyə separatçı qurumdan bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm